Nərimanov rayonunda 170 kv.m sahəsi olan 7 otaqlı ofis icarəyə verilir.
Ofis Olimpik Star Əyləncə Mərkəzi, Niaqara Restoranı, Ege Hospital, ASAN Xidmət, Nərgiz Klinikası və Dövlət İmtahan Mərkəzinin yaxınlığında, yeni tikili binanın 2-ci mərtəbəsində yerləşir.
Obyekt tam təmirlidir və ən böyük üstünlüklərindən biri girişinin küçədən birbaşa, tam müstəqil olmasıdır. Bu xüsusiyyət müştəri qəbulu və gündəlik fəaliyyət üçün əlavə rahatlıq yaradır.
Ümumi sahəsi 170 kv.m olan ofisdə 7 otaq, 2 sanitar qovşağı və 1 hamam mövcuddur. Hər otaq ayrıca kondisionerlə təchiz edilib. Bundan əlavə, kombi istilik sistemi, havalandırma sistemi, kamera müşahidəsi, siqnalizasiya, 3 fazalı elektrik xətti və bütün zəruri kommunikasiya istifadəyə hazır vəziyyətdədir.
Klinika, stomatologiya, kosmetologiya mərkəzi, tədris kursları, şirkət ofisi və digər fəaliyyət sahələri üçün əlverişli seçimdir.
İcarə qiyməti: 2.500 AZN (yalnız uzunmüddətli icarə üçün) Ofis haqqı: 30%