İcarəyə verilir 9 otaqlı ofis 330 m², Nəsimi r.
PRESTİJLİ BİZNES PLAZADA — TİBB UNİVERSİTETİ YAXINLIĞINDA VİP OFİS İCARƏYƏ VERİLİR!
Azərbaycan Tibb Universitetinin tam yaxınlığında, Həsən Əliyev küçəsində yerləşən 7 mərtəbəli biznes plazanın 5-ci mərtəbəsində ümumi sahəsi 330 kv.m olan tam təmirli və əşyalı lüks ofis aylıq 4500 AZN-ə icarəyə təklif olunur. 9 otaqdan ibarət olan bu geniş məkan işçi heyətinin və rəhbərliyin tam rahatlığı üçün bütün mebel dəstləri, avadanlıqlar, sürətli internet xətti, mərkəzi havalandırma və istilik-soyutma sistemləri ilə təmin edilib. Ofisdə xüsusi rahatlıq nəzərə alınaraq 2 mətbəx və 3 sanuzel mövcuddur; müdir otağının özünə məxsus ayrıca mətbəxi və ayrıca sanitar qovşağı (sanuzeli) var, həmçinin hər iki mətbəxdə qabyuyan maşın daxil olmaqla bütün lazımi məişət texnikası quraşdırılıb. Biznes plazada ofis üçün ayrıca lift, sürətli liftlər, 24/7 mühafizə xidməti və peşəkar resepsiyon fəaliyyət göstərir. Şəkillərin sayı çox olduğundan və hər detalı tam əks etdirmədiyindən obyektə yerində, yaxından baxmaq daha məqsədəuyğundur. Ofis şəhərin ən hərəkətli və prestijli biznes zolağında yerləşir. Obyektin tam ətrafında Azərbaycan Tibb Universiteti, 1 saylı ASAN xidmət, Ege Hospital, Olimpik Star idman və əyləncə mərkəzi, 1 saylı Şəhər Klinik Xəstəxanası (Semaşko), Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4-cü korpusu, Kapital Bank və ABB filialları, notariat kontorları, avtobus dayanacaqları, Bravo və Araz supermarketləri, çoxsaylı məşhur kafe və restoranlar fəaliyyət göstərir. Geniş struktura və yüksək nüfuza malik bu məkan holdinqlər, şirkət nümayəndəlikləri, İT şirkətləri, vəkil büroları, tədris və ya loqistika mərkəzləri üçün ideal seçimdir.