Satılır 3 otaqlı yeni tikili 124 m², Xətai r.
Baku Medical Plaza-nın düz yanında, hazır vəziyyətdə 124 m² mənzil — təcili satış
Xətai rayonunun ən əlçatan və prestijli nöqtələrindən birində, Baku Medical Plaza-nın düz yanında yerləşən binada 3 otaqlı, 124 m² mənzil təcili satılır.
Mənzil 14 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Cəmi 1 il yaşayış olub, hazırda boşdur. Evə böyük təmir tələb olunmur — yalnız zövqə uyğun kosmetik yenilənmə kifayətdir.
Mənzil gördüyünüz əşyalarla birlikdə satılır. Sənədləri qaydasındadır və ipoteka üçün yararlıdır.
Təcili satış olduğuna görə real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Əlavə olaraq, binanın altında 42m² qapalı qaraj mövcuddur. Qaraj mənzilin qiymətinə daxil deyil, istəyə uyğun ayrıca əldə etmək mümkündür.