İcarəyə verilir 3 otaqlı ofis 150 m², Nizami m.
Şəhərin ən prestijli və əlverişli lokasiyalarından birində, Nizami Mall binasında yerləşən, dəniz mənzərəli ofis icarəyə verilir. Obyekt binanın yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşir, binanın 3 mərtəbəsi isə tam olaraq biznes fəaliyyəti üçün nəzərdə tutulub. Ofis daha əvvəl biznes məqsədilə istifadə olunduğundan artıq tam hazır vəziyyətdədir və əlavə böyük təmir işlərinə ehtiyac yoxdur.
Mərkəzi lokasiyası sayəsində metro stansiyasının düz yanında yerləşir, şəhərin əsas biznes və sosial məkanlarına rahat çıxış imkanı yaradır. “Tarqovı”ya piyada məsafədə olması həm əməkdaşlar, həm də müştərilər üçün əlavə üstünlükdür. Dənizə açılan mənzərəsi isə ofisə xüsusi və prestijli atmosfer bəxş edir.
Binada bir çox şirkət və ofisin fəaliyyət göstərməsi obyektin biznes mühiti baxımından əlverişli olduğunu göstərir. Ofis şirkət, nümayəndəlik, konsaltinq, hüquq, maliyyə və digər biznes fəaliyyətləri üçün uyğundur. Tədris fəaliyyəti üçün nəzərdə tutulmur.
Ətraflı məlumat üçün buyurun zəng edin.
Ofis haqqımız 30 faiz təşkil edir.