İcarəyə verilir 10 otaqlı ofis 330 m², Nəsimi r.
Nəsimi rayonu, Həsən Əliyev küçəsində, Avrasiya Hospitalı, Dövlət İmtahan Mərkəzi və Tbilisi prospektinin yaxınlığında yerləşən, əlverişli və prestijli mövqeyə malik ayrıca tikili binanın 5-ci mərtəbəsində ümumi sahəsi 330 kv.m olan tam təmirli ofis icarəyə təklif olunur.
Ofis müasir iş fəaliyyəti üçün nəzərdə tutulmuş geniş və funksional planlaşdırmaya malikdir. Daxili hissəsi geniş giriş holundan, 10 ayrı iş otağından, şəxsi mətbəxdən və sanitar qovşaqlardan ibarətdir. Otaqların ayrı-ayrılıqda planlaşdırılması müxtəlif şöbələrin və işçi qruplarının rahat fəaliyyət göstərməsinə imkan yaradır.
Obyekt tam təmirlidir, su və elektrik enerjisi daimidir. Binanın ətrafında avtomobillər üçün parking şəraiti mövcuddur. Sənədləri qaydasındadır.
Ərazinin yerləşmə mövqeyi və ofisin geniş sahəsi onu müxtəlif biznes istiqamətləri üçün ideal seçimə çevirir. Korporativ şirkətlər, hüquq və konsaltinq mərkəzləri, tədris və hazırlıq kursları, İT şirkətləri, nümayəndəliklər və digər fəaliyyət sahələri üçün olduqca əlverişlidir.
İşgüzar mühit, əlverişli lokasiya, geniş otaq sayı və rahat iş şəraitini bir arada axtaran şirkətlər üçün ideal təklifdir.
Ofis haqqı 30% təşkil edir.